Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB

Mayın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Polşa Prezidentinin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcəyi bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


***


Mayın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü olub.

Aktual.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. 
Xəbər 625 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR