Azərbaycan və Ermənistanın XİN başçıları sentyabrın 26-da Nyu-Yorkda görüşəcəklər

Azərbaycan və Ermənistanın XİN başçıları sentyabrın 26-da Nyu-Yorkda görüşəcəklər

BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu il sentyabrın 26-da Nyu-Yorkda görüş keçiriləcək.

Bu barədə Aktual.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib. 
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
 
Aktual.az
Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR