Azərbaycan tam olaraq rəqəmsal TV-yə keçməyə başlayır

Azərbaycan tam olaraq rəqəmsal TV-yə keçməyə başlayır

Yeni siyahı hazırlanır.

Azərbaycanda ilkin olaraq rəqəmsal televiziyaya tam keçidin həyata keçiriləcəyi yaşayış məntəqələrinin siyahısı hazırlanıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbə bildirib ki, ilkin olaraq analoq yayım ötürücülərinin dayandırılması üzrə işlər artıq ikinci rübdən başlayacaq:

“Rəqəmsal TV-yə keçid mərhələli olacaq. Analoq yayım öncə rəqəmsal TV siqnalının davamlılığını təmin etmək üçün ehtiyat ötürücülərin olduğu yaşayış məntəqələrində dayandırılacaq.

İlk növbədə, rəqəmsal televiziyaya tam keçid Bakıda həyata keçiriləcək”.

Qeyd edək ki, hazırda respublika yaşayış məntəqələrinin rəqəmsal televiziya siqnalı ilə əhatə olunması 99%-ə çatır.

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR