Azərbaycan şirkəti Tatarıstana 60 milyon dollardan artıq sərmayə qoyacaq

Azərbaycan şirkəti Tatarıstana 60 milyon dollardan artıq sərmayə qoyacaq

Oktyabrın 7-də Tatarıstanın Laişevo bələdiyyə rayonunun Sokurı kəndində Azərbaycanın "Benkons Group" şirkətinin logistik mərkəzilə birlikdə şirə istehsalı zavodunun tikintisi üzrə investisiya layihəsinin reallaşdırılmasının başlanılmasına həsr edilmiş təntənəli mərasim keçiriləcək.

Məlumatda bildirilir ki, zavod ekoloji təmiz meyvələrdən hazırlanmış təbii şirələrin istehslaı üzrə ixtisaslaşacaq: Layihədə Azərbaycan sərmayələrinin həcmi 4 milyard rublu (61,45 milyon dollar) ötəcək. Minimum layihə istehsalı ildə 53,86 milyon litrdir. Brendin lokallaşdırılması nəticəsində Tatarıstanda 250-dən artıq iş yeri açılacaq".

Zavod və logistik mərkəzin 2017-ci ilin əvvəlində fəaliyyət göstərəcəyi planlaşdırılır.\trend

Xəbər 423 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR