Azərbaycan Ordusunun şəhid olan hərbçiləri dəfn edilib - FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbçiləri dəfn edilib  - FOTO

Azərbaycan Ordusunun cəbhə xəttində gedən döyüşlərdə həlak olan hərbi qulluqçuları dəfn edilib.

Aktual.az-ın APA-ya istinadən xəbərinə görə, polkovnik-leytenant Orucov Raquf Cahangir oğlu və müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçu Məmmədov Murad Vaqif oğlunun dəfn mərasimi Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında keçirilib.

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin hərbçi yoldaşları iştirak edib.

Şəhidlər yaylım atəşi açılandan sonra torpağa tapşırılıb.

Qeyd edək ki, əslən Biləsuvar rayonundan olan Məmmədov Murad Vaqif oğlu 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.

Polkovnik-leytenant Orucov Raquf Cahangir oğlu isə 1972-ci ildə Ağdam rayonunda anadan olub.

Aprelin 4-də gedən döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 23 yaşlı Hüseyn Zeynal oğlu Dəmirli Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayonun icra strukturlarının, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları, şəhidin qulluq etdiyi hərbi hissənin zabit və əsgərləri, ictimaiyyət nümayəndələri, yerli sakinlər iştirak ediblər.

Yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

Ermənilərlə döyüşdə şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 27 yaşlı Qaibov Elvin Sədrəddin oğlu isə bu gün doğulduğu Xaçmaz rayonunun Əbilyataq kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçinin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, kənd sakinləri iştirak ediblər.

Şəhid yaylım atəşindən sonra torpağa tapşırılıb, onun tabutuna çəkilən Azərbaycan bayrağı Elvin Qaibovun atasına təqdim edilib.

Bir övladı olan Elvin Qaibov ailəsi ilə birlikdə cəbhə zonasında yaşayırmış.

Xəbər 2622 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR