Azərbaycan icbari sığorta üzrə onlayn ödənişə keçəcək

Azərbaycan icbari sığorta üzrə onlayn ödənişə keçəcək

Azərbaycanda icbari sığorta növləri üçün nağdsız ödənişlərin tətbiqi təklif edilir.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "İcbari sığortalar haqqında" qanuna müvafiq dəyişikliklər müzakirə edilib.

İclasda çıxış edən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib ki, icbari sığorta üzrə elektron müqavilələrin bağlanması nağdsız ödənişlərin payının artırılması tədbirlərindən biridir: "Biz elektron sənədləşdirməni tətbiq etməyi və sığorta müqavilələrini onlayn rejimdə bağlamağı təklif edirik".

O, qeyd edib ki, qanun layihəsi sığorta şirkətlərinin yığımlarının birbaşa onların hesablarına köçürülməsini nəzərdə tutur.

Qanuna dəyişikliklər layihəsi dekabrın 18-də Milli Məclisin plenar iclasında müzakirə edilməsi üçün tövsiyə edilib.

Xəbər 540 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR