Azərbaycan ərazisində ardıcıl üçüncü zəlzələ baş verib

Azərbaycan ərazisində ardıcıl üçüncü zəlzələ baş verib

 Azərbaycanın Ağsu rayonunda növbəti yeraltı təkanlar qeydə alınıb.

"Report” AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:37-də Pirqulu stansiyasından 8 km qərbdə, Ağsu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Yeraltı təkanlar 11 km dərinlikdə 3,4 maqnituda gücündə qeydə alınıb.
Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca isə İsmayıllı rayonunda 6 (23:31) maqnituda gücündə zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda və 11 km cənub-qərbdə qeydə alınıb.
ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.
Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR