Azərbaycan-Aİ danışıqlarının vaxtı dəyişdirilib

Azərbaycan-Aİ danışıqlarının vaxtı dəyişdirilib

Azərbaycan və Avropa İttifaqıarasında imzalanacaq yeni sazişin siyasi mərhələsi üzrə müzakirələrin vaxtı dəyişib.

Aktual.az xəbər verir ki, bu barədə APA-ya Aİ-nin Siyasi, iqtisadi və informasiya şöbəsinin rəhbəri Denis Danilidis məlumat verib. O bildirib ki, görüşün noyabrın 27-28-də Brüsseldə keçirilməsi nəzərdə tutulur. D. Danilidis qeyd edib ki, müzakirələrin vaxtı tərəflərin sıx qrafiki ilə əlaqədar dəyişdirilib.

Qeyd edək ki, daha əvvəl görüşün noyabrın 6-7-də keçirilməsi planlaşdırılırdı.


Aktual.az
Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR