ƏHD Partiyası İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib

ƏHD Partiyası İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) İdarə Heyəti İran İslam Respublikasının prezidenti İbrahim Rəisinin vəfatı ilə bağlı başsağlığı verib. Bununla bağlı ƏHD Partiyası İdarə Heyətinin açıqlamasında deyilir: "İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin Araz çayı üzərində tikilmiş "Qız Qalazı” və "Xudəfərin” suqovşaqlarının Azərbaycan Respublikasının prezidenti ilə açılışında ölkəmizlə münasibətlərə dair xalqımızın həmişə eşitmək istədiyi və yüksək qiymətləndirdiyi bəyanatla çıxış etməsi, açılış törənindən sonra Təbriz şəhərinə gedərkən helikopter qəzası zamanı həyatını itirməsi hər birimizi kədərləndirdi.
İran vətəndaşlarına, qəza zamanı dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət diləyirik”.
Xəbər 213 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR