Avtobusların qəzası ilə bağlı DİN-dən - Açıqlama

Avtobusların qəzası ilə bağlı DİN-dən   - Açıqlama

Daxili İşlər Nazirliyi Nizami rayonunun C.Naxçıvanski küçəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Aktual.az  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 8-də saat 10 radələrində paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsində Bakı şəhər sakini Dünyamalı Rzayev idarə etdiyi “Otoyol” markalı avtomobillə (103 saylı xətt avtobusu) yolu keçən paytaxt sakini Svetlana Jukovanı vurduqdan sonra Beyləqan rayon sakini Vasif Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobillə (30 saylı xətt avtobusu) toqquşub, idarəetməni itirən V.Əliyevin avtomobili isə paytaxt sakini Araslan Xəlilovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə dəyib. Nəticədə S.Jukova hadisə yerində ölüb, V.Əliyevin 11 sərnişini xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Nizami RPİ tərəfindən araşdırma aparılır. 

Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR