Avstraliyada 2 milyon vəhşi pişiyin məhv edilməsi planlaşdırılır

Avstraliyada 2 milyon vəhşi pişiyin məhv edilməsi planlaşdırılır

Avstraliya hökuməti endemik heyvanların xilası üçün 2 milyon vəhşi pişiyi öldürməyi planlaşdırır.
 
Ümumilikdə isə ölkə ərazisində 6 milyona yaxın belə pişik yaşayır.
"Report" "Daily Sabah"a istinadən xəbər verir ki, bəzi ştatlarda hətta hər öldürülən pişiyə görə mükafat təyin olunub.
Alimlərin məlumatına görə, vəhşi pişiklər Avstraliyanın 27 nadir heyvan növü üçün təhlükə kəsb edir.
Vəhşi pişiklər hər gün ölkə ərazisində təqribən 3 milyon quş, sürünən və məməli heyvan məhv edirlər.
Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR