Avropanın demokratiya saxtakarlığı - Putinə görə futbolçu cəzalanır

Avropanın demokratiya saxtakarlığı  - Putinə görə futbolçu cəzalanır

“Ən nəzakətli prezident”.

Moskvanın “Lokomotiv” klubu və futbolçusu Dmitri Tarasov UEFA tərəfindən sərt cəzalana bilər, səbəb isə Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində Tarasovun üzərində Rusiya prezidenti V.Putinin təsviri olan geyindiyi köynəkdir.

Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Agentlik bildirib ki, Avropa Futbol Assosiasiyalarının İttifaqı matçlardan siyasi aksiyaların keçirilməsinə icazə vermir.

“R-Sport”un mənbəsi Tarasovun ən azı on matçdan kənarlaşdırıla biləcəyini ehtimal edib.

“Bu intizam reqlamentinin pozulması və açıq təxribatdır”, - o qeyd edib.

Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində dünən İstanbulda keçirilmiş “Fənərbaxça” – “Lokomotiv” matçından sonra Tarasov üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan və “Ən nəzakətli prezident” sözləri yazılmış formanı nümayiş etdirib.

“Putin mənim prezidentimdi. Ona hörmət edirəm və bu hərəkətlə hər yerdə dəstək olduğumu göstərmək istədim”, - o deyib.

“Lokomotiv”-“Fənərbaxça” matçı fevral ayının 16-da keçirilib və 0:2 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Hər iki qolu, 18-ci və 72-ci dəqiqlərdə fərqlənən türk klubunun kapitanı Josef Souza vurub.

Xəbər 1610 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR