Avropa Türkiyəyə 3 milyard avro ayırdı

Avropa Türkiyəyə 3 milyard avro ayırdı
  • DÜNYA

Aktual.az oxu.az-a istinadən xəbər verir ki, 28 ölkənin hamısı qərarı dəstəkləyiblər.

Avropa İttifaqı ölkələri Türkiyəyə miqrant böhranı ilə mübarizə aparmaq üçün 3 milyard avro məbləğində maliyyə yardımının ayrılmasına dair razılığa gəliblər.

Agentliyin məlumatına görə, Aİ-yə daxil olan 28 ölkənin hamısı qərarı dəstəkləyiblər. Bundan əvvəl qərarın əleyhinə yalnız İtaliya çıxış edirdi.

“Hal-hazırda ən çox qaçqın Türkiyədə məskunlaşıb. Bu qərarla Türkiyə həmçinin Avropaya miqrant axınının qarşısını almağa kömək edəcək”, - Avropa Komissiyasının qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Yoxannes Xan deyib.

Aktual.az

Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR