Avropa Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu

Avropa Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu
  • İDMAN

"Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Aktual.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan çempionu Portuqaliya klubu "Braqa”ya rəqib olub.
UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, "Qarabağ” Avropa Liqasında yer aldığı H qrupunu 10 xalla ikinci pillədə başa vurub.
Xəbər 198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR