Alimlər atalığın kişi beyninə müsbət təsir göstərdiyini aşkar ediblər.
Aktual.az xəbər verir ki, bu barədə "Nyu York Tayms” məlumat yayıb.
Tədqiqata görə, uşaq sahibi kişilər orta hesabla daha yaxşı idrak performansı nümayiş etdirirlər:
"Onların beyinləri uşaqsız yaşıdlarına nisbətən "daha gənc”olur. Məsələn, bir araşdırmada iki uşaq atasının beyninin təxminən 0,6 yaş, üç uşaq atasının isə təxminən 0,7 yaş daha gənc göründüyü müəyyən edilib. Həftədə 2,5 saat müntəzəm məşq təxminən eyni effekti verir. Alimlər bunu uşaq böyütməyin beyin üçün əsl məşq olması ilə izah edirlər. Daimi ünsiyyət, gündəlik problemlərin həlli, məsuliyyət və empatiyanın inkişafı yaddaşı, diqqəti və digər idrak funksiyalarını aktiv işləməyə məcbur edir. Bundan əlavə, uşaqlar valideynlərin sosial aktiv qalmasına kömək edirlər. Güclü sosial əlaqələrin sağlamlığa və uzunömürlülüyə xolesterol səviyyəsindən daha böyük təsiri var”.
Xəbər 39 dəfə oxunub.