Astarada 2-ci mərtəbədən yıxılan qadın öldü

Astarada 2-ci mərtəbədən yıxılan qadın öldü

Astarada hündürlükdən yıxılan qadın ölüb.

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Suparibağ kəndində baş verib.
Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Vəfa Əsgərova evinin 2-ci mərtəbəsindən yıxılaraq ağır yaralanıb. Yaralını xəstəxanaya apararkən yolda dünyasını dəyişib. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır
Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR