Astanada MDB Hökumət Başçıları Şurasının iclası başlayıb

Astanada MDB Hökumət Başçıları Şurasının iclası başlayıb

Qazaxıstan paytaxtı Astana şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Hökumət Başçıları Şurasının iclası başlayıb.

Bu barədə "Report” MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
Məhdud çərçivədə keçirilən görüş zamanı hökumət başçılarının MDB çərçivəsində qarşılıqlı iqtisadi əməkdaşlığın aktual məsələlərinə dair müzakirə aparacağı sonrakı görüşün tarixi və yerini müəyyənləşdiriləcəyi planlaşdırılır.
Daha sonra baş tutacaq geniştərkibli görüşdə isə gündəliyə daxil edilən 13 məsələ - müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən MDB üzv dövlətlərinin nüvə qəzasına və ya radiasiya qəzasına hazırlığının təmin olunması, bunların nəticələrini aradan qaldırarkən qarşılıqlı əməkdaşlıq barədə saziş layihəsi müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Azərbaycanı iclasda Baş nazir Novruz Məmmədov təmsil edir.
 
Aktual.az
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR