AŞPA-nın vitse-prezidenti Serj Sarkisyanı ittiham etdi

AŞPA-nın vitse-prezidenti Serj Sarkisyanı ittiham etdi

"Siz nə üçün Xocalı soyqırımından danışmadınız? O soyqırımında azərbaycanlı yaşlılar, uşaqlar məhv ediliblər. Nə üçün Qarabağda etdiyiniz etnik təmizləmə siyəsətiniz barədə heç nə demirsiniz?" - Səməd Seyidov deyib.
"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, bunu Avropa Şurası Parlament Assamleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün AŞPA-nın qış sessiya çərçivəsində Ermənistan prezident Serj Sarqsyana sual verərkən deyib.
"Siz beynəlxalq təşkilatların qərarlarına riayət etmirsiniz. İstər bu təşkilat olsun, istərsə də BMT-nin qətnamələri olsun", - deyə, S.Seyidov vurğulayıb.
 
Aktual.az
Xəbər 565 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR