“ASAN xidmət”də SOCAR-la bağlı 16 mindən çox müraciət həll olundu

“ASAN xidmət”də SOCAR-la bağlı 16 mindən çox müraciət həll olundu

Dövlət Neft Şirkəti məlumat yaydı.

Bakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə ümumilikdə 16 041 müraciət daxil olub.

Bu barədə Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.

Əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapşırıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR