Arvadını və qayınanasını öldürüb yandırdı - Bakıda dəhşətli cinayət

Arvadını və qayınanasını öldürüb yandırdı - Bakıda dəhşətli cinayət

Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib.
Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.
Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı - qayınanasını bıçaqlayıb.
Hər iki şəxs hadisə yerində ölüb.
Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.
Özü isə hadisə yerindən qaçarkən "Azadlıq" prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.


Xəbər 69 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR