Artur Rasizadə sabah hesabat verəcək

Artur Rasizadə sabah hesabat verəcək

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə 3 məsələ daxildir.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu açıqlamasında bildirib ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

Həmçinin iclasda “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi 3-cü oxunuşda, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.

Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR