Argentina prezidenti Messini getməməsi üçün dilə tutdu

Argentina prezidenti Messini getməməsi üçün dilə tutdu

Argentina prezidenti Maurisio Makri özü şəxsən Argentina milli komandasının hücumçusu, futbol ulduzu Leonel Messiyə zəng vurub.

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, prezident Messini komandanı tərk etməmək üçün dilə tutub. "Prezident Messiyə zəng vurub yığma komandanın oyunu ilə qürur duyduğunu bildirdi və söylədi ki ulduz oyunçu tənqidlərə qulaq asmasın ",- deyə Argentoina prezidentinin mətbut katibi qeyd edib.

Argentinalılar Messinin ölkə komandasını tərk etməməsi üçün sosial şəbəkələrdə aksiya keçirirlər.

Hər kəs öz Twitter səhifəsində #NoTeVayasLio (Getmə, Leo) çağırışını paylaşır. Eyni həş-təqi Argentina pezidenti də öz rəsmi səhifəsində paylaşıb.

Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR