Araz Əzimov Tehrana səfər edəcək

Araz Əzimov Tehrana səfər edəcək

Azərbaycan Xarici İşlər Nazirinin müavini Araz Əzimov Tehrana səfər edəcək.

Aktual.az xəbər verir ki, bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi deyib.

M.Nəcəfi deyib ki, A.Əzimov Tehranda keçiriləcək Münhen Təhlükəsizlik Konfransına hazırlıq iclasında iştirak etmək üçün oktyabrın 16-da İrana səfər edəcək.

Münhen Təhlükəsizlik Konfransına hazırlıq iclası İranın Xarici İşlər Nazirliyinin Beynəlxalq və Siyasi Araşdırmalar ofisinin dəstəyi ilə oktyabrın 17-də Tehranda keçiriləcək.

İclasda regionda baş verən proseslər müzakirə olunacaq. İclasda Almaniya, Livan və bir sıra başqa ölkələrin xarici işlər nazirləri və dünyanın 60 ölkəsindən iqtisadi sahədə çalışan şirkət rəhbərləri iştirak edəcəklər.

Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR