Animasiya rekord gəlir qazandı - VİDEO

Animasiya rekord gəlir qazandı   - VİDEO

"Piksar" kinostudiyasının ekranlaşdırdığı animasiya filmi "Dorinin axtarışı" yaradıcılarının gözləntilərini doğruldub və rekorda imza atmağı bacarıb.

Aktual.az  anspress-ə istinadən bildirir ki, ilk dəfə 2003-cü ildə balıqların sərgüzəştindən bəhs edən animasiya filmini təqdim edən kinostudiya, filmin üçüncü hissəsinin də olacağını bildirib. Animasiyalı cizgi filmi ABŞ və Kanadada bir həftəyə kinoteatrların bilet satışından 136 milyon dollardan çox gəlir əldə edib. Bununla da təqdim olunan ekran əsəri animasiya filmləri arasında lider olmağı bacarıb.

İndiyədək bir həftə ərzində ən çox gəlir əldə edən cizgi filmi "Şrek" animasiya filminin 2007-ci ildə təqdim olunan üçüncü hissəsi olub. "Şrek" bir həftəyə kinoteatrlardan 121 milyon dollar qazanc toplamağı bacarıb.

Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR