Amerikalı pəhləvan Bakıda qaydasız döyüşəcək

Amerikalı pəhləvan Bakıda qaydasız döyüşəcək
  • İDMAN

“Sərhədçi” İdman Olimpiya Kompleksində “Mixed Martial Arts” – Qarışıq Əlbəyaxa Döyüş Növləri üzrə beyəlxalq turnir keçiriləcək.

Musavat.com xəbər verir ki, Azərbaycan Pankration, MMA və Grappling Federasiyasının təşkilatçılığı, “İmmergas”ın baş sponsorluğu ilə baş tutacaq.

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, ABŞ və Türkiyədən tanınmış MMA və qaydasız döyüş ustaları iştirak edəcək.

Onların arasında dəfələrlə dünya çempionu və müxtəlif turnirlərin qalibi olmuş Cef Monson, Georgi Barkala, Mehmet Özer və Jalqqasiy Jumageldi kimi məşhur idmançılar var. Həmçinin bir sıra xarici ölkələrin federasiya rəhbərləri də turnirə qonaq kimi qatılacaq.

Azərbaycanı təmsil edəcək idmançılar: Tofiq Musayev - 77kq, Vuqar Kərəmov - 71kq, Aqşin Babayev - 66, Fuad Qədirov- 93 , Teymur Mehdiyev – 93+ çəki kateqoriyalarında.

Turnirdə görüşləri beynəlxalq dərəcəli hakimlər idarə edəcək.
Tədbir sentyabrın 25-də, saat 20:00-da, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/16 ünvanında baş tutacaq. Biletləri əldə etmək üçün: Mob/whatsapp : +994 55 622 60 72

/ Aktual.az

Xəbər 855 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR