Aİ səfirləri Azərbaycana gələcəklər

Aİ səfirləri Azərbaycana gələcəklər

"Şərq Tərəfdaşlığı" proqramını kurasiya edən Avropa İttifaqının (Aİ) bir sıra ölkələrinin səfirləri Azərbaycana səfər edəcək.

Aktual.az-ın xəbərinə görə, bu barədə Report-a diplomatik mənbələrdən məlumat verilib.
Məlumata əsasən, Aİ ölkələrindən təxminən 15 səfirin səfəri noyabrın əvvəllərinə nəzərdə tutulur.
Səfər Tallindəki Şərq Tərəfdaşlığı Mərkəzinin koordinasiya dəstəyi ilə təşkil olunacaq. Hazırda Aİ-yə sədrlik edən Estoniyanın və Latviyanın birgə təşkilatçılığı ilə baş tutacaq.
Səfər zamanı noyabrın 24-də Brüsseldə keçiriləcək V Şərq Tərəfdaşlığı sammitinə hazırlığın detalları müzakirə olunacaq.
 
Aktual.az
Xəbər 346 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR