Aİ Ermənistanla sərhədləri açmaqdan ehtiyat edir

Aİ Ermənistanla sərhədləri açmaqdan ehtiyat edir
  • DÜNYA

Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Pyotr Svitalski Yerevanda bildirib ki, Aİ miqrant axınının azaldılması və dayandırılmasında Ermənistana kömək edir.

Aktual.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, səfir deyib ki, Ermənistan miqrantlar ölkəsidir: "Ermənistanın ən iri donoru olan Aİ ermənilərin öz ölkəsində qalmaları üçün Ermənistan hakimiyyətinə kömək etmək istəyir. Biz gənc ermənilərə ixtisas almaqda kömək etmək, iri proqramlar sayəsində iş yerləri açmaq istəyirik".

O bildirib: "Problem ondadır ki, Aİ viza rejimini liberallaşdırsa və Ermənistan üçün sərhədləri açsa, Ermənistanın vəziyyəti necə olacaq? Aİ əvvəlcə Ermənistan hakimiyyəti ilə əməkdaşlığı inkişaf etdirmək istəyir ki, ölkə iqtisadiyyatı inkişaf etsin".

Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR