“Abşeronda inqilab baş verdi”

“Abşeronda inqilab baş verdi”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini, tanınmış QHT sədri, Abşeron rayon Mehdiabad qəsəbəsinin artıq beşinci dəfə bələdiyyə üzvü seçilmiş Niyaməddin Orduxanlı Moderator.az-a açıqlamasında bildirib ki, 510 minlik Abşeron rayonunda keçirilən bələdiyyə seçkilərində abşeronlular seçki inqilabı edib:


”Abşeronunun 15 kənd və qəsəbəsi var. Bu səfər keçirilən bələdiyyə seçkilərində tarix yazılıb. Uzun illər kənd və qəsəbələrin bələdiyyə sədrləri işləmiş şəxslərin böyük əksəriyyətinə abşeronlular səs verməyib. Demək olar kı 90% köhnə heyyətdən olan bələdiyyə üzvüləri abşeronluların etimadını qazanmayıb. Bir nümunə göstərim. Mehdiabad qəsəbəsində 13 nəfərdən ibarət köhnə üzvlərindən yalnız 2 nəfər seçildi. Biri mənəm, digəri də YAP namizədi olmuş şəxsdi. Mərkəzi Seçki Komisyyasının saytına yerləşdirilən qalib namizədlərinin sıyahısı ilə tanış oldum. Bütün heyyət yenidir. Təbii ki, ən çox yer qazanan qaliblər yenədə YAP-ın namizədləridir. Bu səfər də bələdiyyə seçkilərində YAP böyük uğur əldə edib. Xüsusən gənclər, xanımlar üstünlük təşkil edir. Qaliblər arasında mənim kimi konstruktiv müxalifət təmsilçiləri də var. Bu nəticə bir daha onu göstərir ki, Abşeronda seçki çox yüksək səviyyədə təşkil olunub və ölkəmizdə cənab Prezident İlham Əliyevin apardığı islahatlar siyasətinə tam uyğundur. Abşeronlular cənab Prezidentin apardığı islahatlara öz səsləri ilə dəstək olduqlarını bir daha nümayiş etdirdi."

Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycan Konstitusiyasına əsasən bələdiyyə seçkiləri 1995-ci ildən fəaliyyətə başlamalıydı və yerli özünü idarəetmə orqanları ana yasamızda təsbit olunub:” Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirildi. Bəzən bu qurumun qanunsuz adlandırılması qeyri-adekvatdır. Doğru deyil. Burada söhbət yalnız bələdiyyələrin səlahiyyətlərindən gedə bilər. Avropada bələdiyyələrin 100 illərdi formalaşıb bizdə isə 20 illik tarixə malikdir. Mən 1999-cu ildə Azərbaycanın 21 yaşlı ən gənc bələdiyyə üzvü seçildim. Həmişə iştirak edib qalib gəlmişəm. Təvazükarlıqdan kənar olsada deyim ki, ölkə yeganə siyasətçiyəm ki, 5 dəfə bələdiyyə seçkilərdə qalib gəlmişəm. Minlərlə insanın mənə etimad göstərməsi sevindiricidir. Bu çox böyük hadisədir. Mehdiabad qəsəbəsində 13 nəfərdən ibarət köhnə üzvlərindən yalnız 2 nəfər seçildi. Mən hər zaman müxalifətdən seçilmişəm. 80-90 faiz yeni heyət seçilib Abşeronun 15 kənd və qəsəbəsində yeni heyət seçilib, gənclərə üstünlük verilib, əsasən hakim partiyadandırlar amma mənim kimi müxalifəti təmsil edənlər də var. Bələdiyyə olaraq məhz nə iş görümşük? Bu sualın cavabı olaraq deyərdim ki, Abşeronda bələdiyyələr hesabına ambulator poliklinikalar tikilib su və yol çəkilib. Maliyyəni özümüz toplamışıq, Səhiyyə Nazirliyi bir qəpik də yardım etməyib. Bələdiyyə yerli özünüidarə etmə orqanıdır əmlak, torpaq, kommunal xidmət vergilərini yığıaraq bu işlər görülüb. Mehdiabbadda 1200 nəfərlik xeyir-şər evi tikilib. Parkı abadlaşdırılıb. Abşeron rayonunu rəhbəri İradə Gülməmmədovanın bu məsələdə rolu böyükdür. Bütün abşeronlular bunu canlı şahididir. 15 kəndin hər birində açıq görüşlər keçirir, problemlərlə şəxsən maraqlanır. Qəsəbələrin problemlərini müvafiq dövlət qurumlarının  diqqətinə çatdırır və həll olunmasına nail olur. Iradə xanım bir il ərzində 10000-dən artıq vətəndaşla görüş keçirib. Hər kəs işini layiqincə yerinə yetirsə, işini düzgün qursa bələdiyyələr çox iş görər. Yeni seçilmiş bələdiyyə üzvülərinə uğurlar arzulayıram”.
Xəbər 2990 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR