ABŞ Türkiyəyə istintaqda dəstək olacaq

ABŞ Türkiyəyə istintaqda dəstək olacaq

İstanbul şəhərinin Atatürk hava limanında 42 nəfərin ölümü ilə nəticələnmiş terror hücumu ilə əlaqədar başlanılan istintaqa ABŞ-dan dəstək gəlib. Hücumdan bir gün əvvəl Türkiyə ilə bağlı vətəndaşlarına səyahət xəbərdarlığı elan edən ABŞ Dövlət Departamenti istintaq ərzində Türkiyənin dövlət orqanları ilə müntəzəm olaraq əlaqə saxlayacaqlarını bildirib.

Aktual.az  anspress-ə istinadən bildirir ki, departamentin rəsmisi Mark Toner terror aktını pisləyərək, terrorla  mübarizdədə ABŞ-ın  NATO müttəfiqi olan Türkiyənin yanında olduğunu söyləyib. Rəsmi Atatürk hava limanında törədilən partlayışda həlak olan qurbanların ailələrinə başsağlığı verib, yaralıların tez sağalmasını arzulayıb.

"Biz demirik ki, amerikalılar Türkiyəyə səyahət etməsinlər. İstəyir, Brüssel, ya Paris olsun, digər terror hücumlarından sonra da biz sadəcə Amerika vətəndaşlarına təhlükə barədə xatırladırıq, onlara bildirmək istəyirik ki, daimi yeni məlumatlar əldə etsinlər, bir növ küçələrdə ayıq-sayıqlığı itirməsinlər. Yəni bu təhdidlərdən xəbərdar olsunlar".

Bəyanatda Atatürk hava limanı teraktının  günahsız insanların qətlinə hədəflənmiş növbəti silsilə hücumlardan olduğu vurğulanıb. Mark Toner qurbanlar arasında ABŞ vətəndaşlarının olması barədə heç bir məlumatın olmadığını bildirib.

Xəbər 254 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR