Amerika ordusu İranla münaqişə zamanı Tehranın gözlədiyindən daha zəif olduğunu sübut etdi.
Aktual.az xəbər verir ki, bunu SEPAH Baş Komandanının müşaviri Məhəmməd Rza Nəqdi ABŞ-ın PBS telekanalına müsahibəsində deyib.
"Bu müharibə nə qədər uzun sürərsə, bir o qədər çox təcrübə qazanırıq. Əsl təcrübə qazanmaq və Amerika ilə necə döyüşəcəyimizi öyrənmək üçün heç bir fürsətimiz yox idi. Bunu bu beş ay ərzində öyrəndik. Həmçinin əmin olduq ki, Amerika ordusu düşündüyümüzdən daha zəifdir”, - Nəqdi bildirib.
Generalın sözlərinə görə, İran hələ münaqişədə son məqsədinə çatmayıb:
"Hələlik biz qalib gəlirik. Və qalib gəlməyə davam edəcəyik", - deyə o əlavə edib. ABŞ rəhbərliyi devirmək və İranı parçalamaq kimi əsas məqsədlərinə çata bilmədi, ona görə də qələbə Tehranın tərəfindədir”.
Xəbər 32 dəfə oxunub.