ABŞ-dan DƏHŞƏTLİ SƏHV - 100-dən çox dinc sakin öldü

ABŞ-dan DƏHŞƏTLİ SƏHV   - 100-dən çox dinc sakin öldü

Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiya ciddi səvhə yol verib.

Aktual.az  qafqazinfo-ya istinadən bildirir ki, "Sky News-Arabia" televiziyasının yaydığı məlumata görə, koalisiyanın aviazərbələri nəticəsində qadınlar və uşaqlar da daxil omaqla Suriyanın 100-dən artıq dinc sakini həlak olub.

Onlarla insan ağır bədən xəsarətləri alıb. Bombalama Aleppo vilayətinin At-Tauhar kəndində qeydə alınıb. Sözügedən kənd Türkiyə-Suriya sərhədinə yaxın ərazidə yerləşir.

Qeyd edilir ki, ölü sayının artacağı istisna edilmir. Çünki dağılan evlər altında taleyindən hələ də xəbər olmayan insanlar var.

Xəbər 592 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR