Abdullahian Dəməşqə getdi

Abdullahian Dəməşqə getdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Dəməşqə yola düşüb.
Aktual.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, Maskatda səfərdə olan Abullahian Omanın xarici işlər naziri və Yəmənin Ənsarullah hərəkatının sözçüsü ilə ayrı-ayrılıqda görüşlər keçirdikdən sonra Suriyanın yüksək rütbəli rəsmiləri ilə görüş və məsləhətləşmələr aparmaq üçün Dəməşqə gedib.
Qeyd edək ki, 1 apreldə İsrailin Dəməşqdə İran konsulluğuna endirdiyi zərbə nəticəsində SEPAH-ın iki generalı və 5 zabiti ölüb.
Xəbər 142 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR