AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Avropa Birliyinin (AB) Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindəki səyləri səmərəsizdir.
Aktual.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib.
"Biz hər gün daha çox əmin oluruq ki, AB-nin Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına heç bir töhfəsi yoxdur. Əksinə, AB nümayəndələri müxtəlif təxribatlarla, kəşfiyyat fəaliyyəti, təbliğat işləri ilə məşğuldurlar”, - o vurğulayıb.
M.Zaxarova bildirib ki, AB və NATO-nun məqsədi Azərbaycan-Ermənistan nizamlanmasına real yardım deyil:
"Qərb Cənubi Qafqazı daha bir geosiyasi rəqabət meydanına çevirərək, yerli sakinlərin maraqlarına məhəl qoymadan bu regionun hərbiləşdirilməsini davam etdirir və faktiki olaraq yaxın gələcəkdə regionun sülh yolu ilə inkişafı vəzifələrinin həyata keçirilməsinə son qoyur”.

Xəbər 81 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR