Noyabr ayının
8-də Nəsimi rayon
İcra Hakimiyyəti Mudafiə Nazirliyinin N saylı hərbi hissəsində rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, vətən müharibəsi
veteranlarının iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə tədbir keçirdi.
Tədbirin
əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan hərbi qulluqçu, polkovnik leytenant.Zaur
Həmidov tədbir iştirakçılarını Dövlət Bayrağı günü
münasibəti ilə təbrik edərək çətin və şərəfli fəaliyyətlərində onlara
yeni-yeni uğurlar arzuladı. Natiq onlara göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Nəsimi
rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını təbrik
edərək bildirdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il
noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş
və Azərbaycan Xalq Cümhuriyyəti süqut edənədək dövlət statusuna malik
olmuşdur.Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və
rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan
Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”
Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.
Prezident İlham Əliyev xalqımızın mənəvi dəyərlərinə
və dövlət rəmzlərinə böyük önəm verir. Dövlət Bayrağı Meydanının və Dövlət
Bayrağı gününün təsis olunması bunun bariz nümunəsidir. Ökə başçısı cənab İlham
Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət
Bayrağı günü kimi qeyd olunur. Asif Əsgərov "Böyük Qayıdışın” ilk müjdəsi olan
Cocuq Mərcanlıda, Lələtəpədə əzəmətlə dalğalanan bayrağımızın tezliklə
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Qarabağda, o
cümlədən Şuşada, Xankəndində dalğalacağına əminliyini bildirdi.
Daha sonra Millət vəkili, YAP Nəsimi rayon
təşkilatının sədri Məlahət İbrahimqızı çıxış edərək tədbirdə iştirak edən
hərbiçiləri təbrik edərək, onlara hərbi xidmətlərində uğurlar arzuladı. Qürur mənbəyimiz olan üç rəngli bayrağımızın tezliklə
Qarabağın hər bir guşəsində dalğalanacağını əminliklə bildirdi.
Tədbirdə xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin
böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə
mükafatlandırıldı.
Daha sonra tədbir Milli Konservatoriya tərkibində
Musiqi Kollecinin nağaraçılar qrupunun və xalq çalğı alətləri ansanblının,
incəsənət ustaları- Şahin İsmayilovun, Rövşən Əzizin iştirakı ilə konsert
proqramı ilə davam etdi.
Xəbər 125 dəfə oxunub.