Tovuz rayonunda azyaşlını ilan sancıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ağdam kənd sakini, 2010-cu il təvəllüdlü Həsənova Aysu Zaur qızı sol aşağı ətrafın ilan sancması xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 7 yaşlı qız həyətdə olan ot bağlamalarının üzərində oynayan zaman ilan onu sancıb.
Aktual.az
Xəbər 405 dəfə oxunub.