7 aylıq körpə və atası qəzada öldülər - VİDEO

7 aylıq körpə və atası qəzada öldülər    - VİDEO

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az  bildirir ki, Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Cəlilabad-Cəngən avtomobil yolunda qeydə alınıb. Cəlilabad şəhər sakini, 1979-cu il təvəllüdlü Firdovsi Kəmaləddin oğlu Məlikovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili qəfildən idarəetmədən çıxaraq yolun kənarındakı dərəyə aşıb. Çoxsaylı bədən xəsarətləri alan sürücü və onun 6 aylıq oğlu hadisə yerində ölüblər.
 
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR