Teleqramın Ermənistan seqmentində ehtiyatda olan polkovnik Vladimir Ovannisyana istinadən "Qafan rayonunun Nerkin-Xand sərhəd kəndində Ermənistan silahlı qüvvələrinin 6 hərbçisi ilə əlaqənin kəsildiyi” barədə məlumat paylaşılır.
Aktual.az xəbər verir ki, bu barədə "Caliber” məlumat yayıb.
"Ola bilsin ki, Ermənistan hakimiyyəti Kişinyovda danışıqlar raundu ərəfəsində sülh gündəmini tamamilə pozmaq üçün ərazimizə daha bir təxribat qrupu göndərməyə cəhd etmək qərarına gəlib. Təsdiq və ya təkzib edilənə qədər bu məlumatı diqqətlə izləyəcəyik”, – sayt bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Ermənistan dövlət sərhədinin Zəngilan istiqamətinə təxribat-diversiya qrupu göndərmişdi. Sərhədçilərimiz tərəfindən təxribatın qarşısı alınmış, 2 erməni hərbçi saxlanılmışdı.
Xəbər 262 dəfə oxunub.