5 ABŞ vətəndaşı Rusiyaya buraxılmayacaq

5 ABŞ vətəndaşı Rusiyaya buraxılmayacaq
  • DÜNYA

Rusiya XİN-i ABŞ-ın "Maqnitskinin siyahısı"nın genişləndirməsinə cavab olaraq beş Amerika vətəndaşına ölkəyə girişinə qadağa qoyub.

Aktual/az APA-ya istinadən bildirir ki, Rusiya XİN mətbuat xidmətinin məlumatına əsasən, ABŞ-ın sabiq ədliyyə naziri Alberto Qonsales, keçmiş müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Duqlas Feyt, Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq baş hüquq məsləhətçisi Con Ritso, sabiq ədliyyə nazirinin müavini Cey Baybi və Müdafiə Nazirliyinin sabiq hüquq məsləhətçisi Uilyam Xeynsə Rusiyaya girişinə qadağa qoyulub.

Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi "Maqnitskinin siyahısı"na dörd Rusiya və bir Ukrayna vətəndaşını daxil edib.

Xəbər 227 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR