21 yaşlı oğlan bıçaqlandı - Bakıda

21 yaşlı oğlan bıçaqlandı   - Bakıda

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Aktual.az Report-a istinadən xəbər verir ki, rayonun Biləcəri qəsəbəsində naməlum şəxs qəsəbə sakini 1995-ci il təvəllüdlü Murad Hacıyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Yaralı 1 saylı Kliniki Tıbbı Mərkəzə yerləşdirilib.

Araşdırmalar zamanı M.Hacıyevi bıçaqlayan şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bu, Naxçıvan şəhər sakini 1967-ci il təvəllüdlü Ülfət Hüseynovdur. Onun tutulması üçün əməliyyət tədbirləri keçirilir.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR