İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artırılıb.

Aktual.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla Əlaqələndirmə Qərargahının üzvlərinin siyahısına Baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, energetika naziri Pərviz Şahbazov əlavə edilib.

Bundan əlavə, "Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri "Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri", səhiyyə naziri "Oqtay Şirəliyev” sözləri "Teymur Musayev” sözləri, "Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini” sözləri "Vüqar Süleymanov – Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri.” sözləri ilə əvəz edilib.
Xəbər 1052 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR