2021-ci ildə ictimai nəqliyyatda tariflər necə dəyişəcək? - Deputat

2021-ci ildə ictimai nəqliyyatda tariflər necə dəyişəcək? - Deputat

"2021-ci ildə ictimai nəqliyyatda tariflərin necə dəyişəcəyi, yaxud dəyişib-dəyişməyəcəyi bir başa Tarif Şurasının qəbul edəcəyi qərardır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexaniziminin tətbiqindən danışarkən deyib. O bildirib ki, bu, tənzimlənən, bazarın müəyyənləşdirdiyi tariflədir:

"Bu il həmin tariflərin necə dəyişməsi, yaxud stabil qalması bir başa Tarif Şurasının səlahiyyətində olan məsələ olacaq. İctimai nəqliyyatda tariflər Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Nəzərə alaq ki, bunlar bazar tərəfindən deyil, tənzimlənən qiymətlərdir. Yanacağın qiyməti artan zaman hökumət tərəfindən verilən açıqlamalardan biri də məhz bu istiqamətdə dəstək paketlərinin genişləndirilməsi ilə bağlı oldu. Çünki dəstək paketlərinin genişləndirilməsi ictimai nəqliyyatda tariflərin stabilliyinin qorunub saxlanılması baxımından da vacib hesab olunur”.

Deputat hesab edir ki, bu prosesdə dəstək paketinin genişləndirilməsi məqsədəuyğundur:

"Xüsusən də ictimai nəqliyyatla fəaliyyət göstərən sahibkarlara bu və ya digər  formada dəstəyin genişləndirilməsi məqsədəuyğundur ki, onların xərclərinin bir hissəsi dəstək proqramı çərçivəsində kompensasiya olunsun”. 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında Azərbaycanda ictimai nəqliyyatda yeni tarif mexanizimin tətbiq olunacağı bildirilib
Xəbər 548 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR