Mingəçevirdə polis əməkdaşı bıçaqlanıb

Mingəçevirdə polis əməkdaşı bıçaqlanıb

Yevlax sakini Mingəçevirdə bıçaqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Samux küçəsində qeydə alınıb.
Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Ağayev Kənan Musa oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarəti alan yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, K.Ağayev mühafizə polisinin əməkdaşıdır. O, Mingəçevirdəki təhsil müəssisələrindən birinin mühafizəçisi olub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 542 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR