Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin yaz sessiyası başa çatıb

Azərbaycan Milli Məclisinin yaz sessiyası başa çatıb.

Aktual.az "Report”a istinadən xəbər verir ki, sessiyanın sonuncu plenar iclası bu gün – mayın 31-də keçirilib.
Sonucu iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunub.
Sonda Azərbaycanın dövlət himni səsləndirilib.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulur.
Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
Payız sessiyası isə sentyabrın 30-da başlayacaq. 
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR