Avtomobil aşdı - Sürücü öldü

Avtomobil aşdı   - Sürücü öldü

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 54-cü kilometrliyində, Kürdəmir rayonunun Çöl ərəb kəndində qeydə alınıb. Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Qinyaz Əlövsət oğlu Həmidovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını idarəetməsən çıxaraq, aşıb. Nəticədə ağır xəsarət alan sürücü Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR