Mazut gömrük rüsumundan azad edildi

Mazut gömrük rüsumundan azad edildi

Bu gündən “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azaddır.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 6 aprel 2016-cı ildə “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycanın 2016-cı il üzrə yanacaq-enerji balansına uyğun olaraq Energetika Nazirliyinin təsdiqedici sənədləri əsasında “Azərenerji” ASC-yə elektrik enerjisinin istehsalı üçün idxal olunan mazut gömrük idxalı rüsumundan azad edilib. Bu qərar imzalandığı gündən 30 gün sonra, yəni bu gün qüvvəyə minir və 2017-ci ilin 1 yanvar tarixinədək qüvvədədir.

Xəbər 315 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR