Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 9-14, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 13-də arabir yağış yağacağı bildirilir. Gündüz əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR