Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9, Bakıda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 15-də arabir yağış yağacağı bildirilir. Dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda 0-5 şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR