Sabah yağış yağacaq

Sabah  yağış yağacaq

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-13, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında martın 12-də arabir yağış yağacağı bildirilir. Gecə yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlədə duman olacağı gözlənilir.Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3-dərəcəyədək, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi metereoloji proqnoza əsasən, martın 12-13-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, ayın 14-də atmosfer təqyinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi narahatlıq hissi yarada bilər. 

Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR