17 yaşlı sürücü piyadanı vuraraq öldürdü

17 yaşlı sürücü piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Məlumata görə, qəza Nobel prospektində qeydə alınıb.

Prospektin şəhərin mərkəzi istiqamətində olan hissəsində piyada keçidinin üzərində qadın piyada “Hyundai” markalı avtomobillə vurulub. Çox böyük sürətlə hərəkət edən minik maşını qadını 100 metrə yaxın məsafədə yerlə sürüyüb. Nəticədə qadının meyiti iki yerə parçalanıb.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, dünyasını dəyişən piyada 1964-cü il təvəllüdlü Sevda Nəsirovadır. Avtomobili isə 17 yaşlı yeniyetmə idarə edib. Onun heç bir sənədi olmayıb. Hüquq-mühafizə orqanları yeniyetmənin adını açıqlamır.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisəyə səbəb olan yeniyetmə saxlanılıb. //Apa

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR