Yevlax Rayon Mərkəzi Xəstəxanası yanır - Yenilənib (+ Foto)

Yevlax Rayon Mərkəzi Xəstəxanası yanır  - Yenilənib (+ Foto)

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın səbəbi ilə bütün xəstələr təxliyə edilib.

Xəstəxanadan "Report"un Qərb bürosuna verilən məlumata görə, yanğın xəstəxana binasının dam örtüyündən başlayıb: "Yanğın zamanı xəstəxananın Cərrahiyyə şöbəsinə üç xəstə əməliyyat masasında olub və həmin xəstələr dərhal təcili tibbi maşınları ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə 4 yanğın söndürəm maşın və FHN-ni və canlı quvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində mühüm işlər görülür".
 
****
Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Məlumata görə, Xəstəxananın işçiləri və orada müalicə olunan xəstələr təxliyə edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Xəbər 2051 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR